“Azəriqaz”dan evdən çıxması yasaqlanan şəxslərlə bağlı AÇIQLAMA

“Azəriqaz”dan evdən çıxması yasaqlanan şəxslərlə bağlı AÇIQLAMA
29 Mar 2020 14:29

“Azəriqaz” İstehsalat Birliyi hökumət tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atılan addımlara dəstək olaraq sosial aksiyaya başlayıb.

Birlikdən realpress.az-a bildirilib ki, martın 29-dan etibarən “#evdəqal” çağırışlarına uyğun olaraq, evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” da yardımçı olacaq. Bu yaş kateqoriyasına aid olan şəxslər birliyin 104/185 saylı Çağrı mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa, bu barədə (+99477) 3 104 104 saylı “WhatsApp” nömrəsinə mesaj da göndərə bilərlər.

Qeyd edək ki, ilk növbədə qaz təsərrüfatı ilə bağlı məsələlərə diqqət ayrılacaq. Məsələn, 65 yaşdan yuxarı olan abonentin kartına vəsait yükləmək lazım gələrsə, bu xidmət üçün onun kartı götürülməklə vəsait yüklənilib ünvanında özünə qaytarılacaq. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir ediləcək.

Eyni zamanda, bu xidmətlərlə yanaşı, birlik göstərilən yaş kateqoriyasında olan abonentlər üçün bütün digər sosial xidmətləri təqdim edən dövlət qurumları ilə həmrəydir və bu işdə onlarla birgə fəaliyyətə hazırdır. Evdə qalın, bizə etibar edin! Virusa birlikdə qalib gələk!

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.