Bu ölkə koronavirusla mübarizədən imtina etdi - Ölənlərin sayı isə artmaqda davam edir

Bu ölkə koronavirusla mübarizədən imtina etdi - Ölənlərin sayı isə artmaqda davam edir
28 Mar 2020 10:48

İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmasına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı “kollektiv immunitet”in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.

 İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.

Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara sadəcə imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.

Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.

Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.

Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır. 

Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

26 Apr 2024
Dünya

Afinada yüzlərlə bomba aşkarlanıb - FOTO

Yunanıstanın paytaxtı Afinada keçmiş “Ellinikon” hava limanının yerində aparılan işlər zamanı İkinci Dünya Müharibəsindən qalmış yüzlərlə bomba aşkar edilib.