“Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur onlayn fləşmobuna start verilib

“Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur onlayn fləşmobuna start verilib
27 Mar 2020 16:27

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur onlayn fləşmobuna start verilib.

“Bir” tələbə-könüllü proqramının ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başlayan kampaniya 200-dən çox sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb, 15 mindən çox baxış sayı əldə edib. Paytaxtla yanaşı, Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay, Şəki şəhərlərindən olan insanlar da fləşmoba dəstək veriblər.

Bildiyiniz kimi, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. İnfeksiya ilə mübarizə aparan görünən və görünməyən qəhrəmanlara həsr olunan onlayn fləşmob çərçivəsində bütün insanlar həmin şəxslərə öz təşəkkürlərini bildirəcəklər.

Fləşmob çərçivəsində #birteshekkur ediləcək şəxslərə koronavirusa rəğmən, işlərinə fasilə verməyən, insanlara dəstək olan iş, peşə sahiblərinə, həkim və tibb bacıları, aeroport işçiləri, əczaçılar, mühafizəçilər, polislər, hərbiçilər, könüllülər, satıcılar, səhiyyə işçiləri və s. daxildir.

Onlayn fləşmoba qoşulmaq istəyənlər görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlər yaza və ya onlara mahnı həsr edə, habelə birteshekkur və #birkonullu həştəqlərini əlavə edə, ən az 3 könüllü dostu işarələyərək fləşmoba dəvət edə, öz səhifəndə hamıya açıq şəkildə paylaşa bilərlər.

Fləşmoba qoşulan insanlar yuxarıda qeyd olunan görünən və görünməyən qəhrəmanlara təşəkkür edir, xoş ürək sözlərini yazır, şəkil, video paylaşır və dostlarını da qoşulmağa çağıra bilərlər.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.