Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu - ÖZƏL

Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu - ÖZƏL
26 Mar 2020 17:19

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.

realpress.az-ın xəbərinə görə,  o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb. 

Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya və Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3900 adam sağalıb, 1331 nəfər ölüb. 


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.