Bakıda binanın həyətində yeni tikili ucaldılıb - VİDEO

Bakıda binanın həyətində yeni tikili ucaldılıb - VİDEO
26 Mar 2020 09:17

Bakıda binanın həyətində yeni tikili ucaldılıb - VİDEO


Bakıda yaşayış binasının yaxınlığında ucaldılan yeni tikili bır sıra narazılıqlara səbəb olub.

Söhbət Köhnə Günəşli, İnqilab İsmayılov küçəsi, bina 50 ünvanında yerləşən binadan gedir.

Sakinlər bildirir ki, yaşadıqları binanın sağ tərəfində ucaldılan altımərtəbəli yeni tikili ciddi  problemlərə səbəb olub:

“Binanın ucaldığı ərazi uşaq parkı kimi fəaliyyət göstərirdi. Sonra həmin ərazidə yeni binanın tikintisinə başlanılıb. Bununla həm uşaqların parkı, həm də  sakinlərin gediş-gəliş üçün istifadə etdiyi yol ləğv olunur.

Problem isə bununla bitmir. Əsas narahat olunası məsələ odur ki,  yeni tikilinin kanalizasiya xətti köhnə binanın problemli kanalizasiya sisteminə birləşdiriləcək”, - sakinlər Baku TV-nin əməkdaşları ilə söhbətlərində bildiriblər.

Daha ətraflı videosüjetdə:

30 Sent 2020
Cəmiyyət

Baş Prokurorluqdan Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması ilə bağlı AÇIQLAMA

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 12 nəfər şəxs isə həlak olub.

29 Sent 2020
Cəmiyyət

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

29 Sent 2020
Cəmiyyət

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

29 Sent 2020
Cəmiyyət

Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.