“Sədərək”də sahibkarlar yer pulundan azad olundu

“Sədərək”də sahibkarlar yer pulundan azad olundu
23 Mar 2020 12:35

Koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri (“Mall”lar) fəaliyyətini bir ay müddətinə dayandırır. “Sədərək” Ticarət Mərkəzinin İdarə Heyətində isə koronavirusla bağlı müşavirə keçirilib.

Bu barədə realpress.az-a Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov məlumat verib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar vətəndaşlara kömək məqsədilə mərkəzdə işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:

“İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yer pulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, “Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.

Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, “Sədərək” Ticarət Mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizə Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.

M. Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.


30 Mar 2020
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti aşağı düşüb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

26 Mar 2020
İqtisadiyyat

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

23 Mar 2020
İqtisadiyyat

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

23 Mar 2020
İqtisadiyyat

“MƏK-AN” MMM-dən koronavirusla mübarizə fonduna 300 000 manat dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

23 Mar 2020
İqtisadiyyat

Dollar yenə bahalaşdı - Rusiyada

Ötən həftənin sonuna doğru Rusiyada 79 rubla qədər geriləyən dollar bu gün yenidən bahalaşıb.