Türkiyə “Qalatasaray” komandasının bugünkü məşqi ləğv olunub.
İstanbul komandası axşam saatlarına planlaşdırılan məşqə çıxmayacaq.
Həftəsonu “Beşiktaş”la keçirilən çempionat oyunundan (0:0) sonra koronavirus pandemiyası ilə əlaqədar futbolçulara ikigünlük istirahət verən baş məşqçi Fatih Terim bugünkü axşam üçün məşq planlaşdırmışdı. Sonradan məşqçi futbolçulara klubun bazasına gəlməməyi və evdə qalmağı tapşırıb.
Xatırladaq ki, Fatih Terim “Beşiktaş”la oyundan sonra Türkiyə çempionatında görüşlərin koronavirus pandemiyasına görə təxirə salmasını istəmişdi.
Qeyd edək ki, “Qalatasaray” XXI turdan sonra Türkiyə Superliqasında 50 xalla üçüncü pillədədir.
Növbəti turun oyunları martın 20-22-də keçiriləcək. İstanbul komandası martın 22-də “Rizəspor”un qonağı olacaq.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.