Çox yaşamaq istəyirsinizsə...

Çox yaşamaq istəyirsinizsə...
18 Mar 2020 12:48

Mütəxəssislərin müşahidələrinə görə, müasir insanlar onlara lazım olandan qat-qat çox kalori qəbul edir. Müasir insanlar az hərəkət edir, az fiziki iş görür və nəticədə az kalori sərf edir.

Artıq kalorilən orqanizmə yalnız ziyan vurur - piylənməyə, metabolik pozulmalara, immun sisteminin zəiflənməsinə, ürək-damar sistemi xəstəliklərinə və s. problemlərə səbəb olur.

Çoxsaylı araşdırmalar göstərib ki, müxtəlif ölkələrdə yaşayan uzunömürlülər həyatı boyu az qida qəbul edirdi.

Alimlərin son araşdırmalarına görə, qidalanmanın kalori miqdarının 30% azalması insan sağlamlığına çox müsbət təsir edir - bir çox ağır xəstəliklərin inkişafının qarşısını alır, ömrü uzadır.

Alimlər belə hesab edir ki, bu üsulla hipertoniya və şəkərli diabet kimi yayılmış və hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəlikləri müalicə etmək, xərçəng xəstəliklərinin qarşısını almaq mümkündür.

Az qida qəbul edən insanın orqanizmi yaxşı mənada stress yaşayır ki, bu zaman orqanizm qənaət rejiminə keçir və yalnız sağlam və yeni hüceyrələri "qidalandırır". Xəstə, köhnə, öz funksiyalarını normal yetirə bilməyən hüceyrələr isə qidasız qalır və tədricən ölür. Nəticədə orqanizm yenilənir, cavanlaşır, orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələri məhv olur.

Qidalanmanın azalması insanın immun sisteminə də müsbət təsir edir, onu daha fəal işləməyə vadar edir.

Bütün bunları nəzərə alaraq sağlam olmaq və çox yaşamaq üçün sadəcə daha az yemək lazımdır.


31 Mar 2020
İqtisadiyyat

Neft bahalaşdı

Dünya birjasında “Brent” markalı neftin 2020-ci ilin may ayının fyuçerslərinin qiyməti artaraq, bir barel üçün 23,04 dollar təşkil edib.

30 Mar 2020
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti aşağı düşüb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

26 Mar 2020
İqtisadiyyat

Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

23 Mar 2020
İqtisadiyyat

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

23 Mar 2020
İqtisadiyyat

“MƏK-AN” MMM-dən koronavirusla mübarizə fonduna 300 000 manat dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.