Atəşkəs 23 dəfə pozuldu

Atəşkəs 23 dəfə pozuldu
11 Mar 2020 09:58

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Realpress.az verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


30 Mar 2020
Hərbi

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.

27 Mar 2020
Hərbi

DSX: Düşmən təxribatının qarşısı alındı

27 mart tarixində saat 12:00 radələrindən başlamaqla, Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem-beryan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

27 Mar 2020
Hərbi

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

26 Mar 2020
Hərbi

Atəşkəs 23 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

23 Mar 2020
Hərbi

Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ

aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.