Nə Korona, nə də Virus bizim Niquşla bacarar…

Nə Korona, nə də Virus bizim Niquşla bacarar…
24 Fev 2020 17:08


Günay Malikqızı yazır...

100 faiz əminəm ki, Çinin Uhan şəhərində koronavirus ortaya çıxanda valideyn qruplarına bu qədər səsli mesaj atılmamışdı. 

Onlar səfərbər olub, xəstəxana tikməyə, media vasitəsilə insanları məlumatlandırmağa başladılar. 

Hə, bir də axı onlarda çətin bizim Niquşun əldə etdiyi ən son məlumatlar olsun ki, rəsmi xəbər yayılmadan insanları səfərbər edə bilsin. 

Tanıdığım və tanımadığım bütün Nigarlara dərin hörmətimi ifadə edərək, qeyd etməliyəm ki, bizim baş həkimin köməkçisinin köməkçisini şəxsən tanıyan Niquş çox fəaldır.  

Rəsmi olaraq xəstəlik halı təsdiqlənməmiş Niquş dəqiq say, yoluxanların yerləşdiyi xəstəxana barədə məlumat verir. 

Niquş bütün valideyn “WhatsApp” qruplarını ayağa qaldırandan sonra rəsmi olaraq bildirilir ki, həyəcanlanmağa heç bir əsas yoxdur.  

Əslində, həyəcanlanmağa əsas var. Ancaq virusla bağlı yox, həyəcanın mənbəyi bilmədiklərimizdir. 

İnsanı bilmədikləri həyəcanlandırır. 

Niquş sağ olsun, heç olmasa onun sayəsində nəsə bir xəbər ala bilirik. 

Ancaq bilmək bizim haqqımızdır. Deyəsən, koronavirusla bağlı bilmək haqqımızı təmin etmək üçün məlumat toplamaqda fayda var. 

Bilməliyik ki, bu virusla mübarizə mümkündür.  

ÜST-nin son məlumatına görə, koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül simptomlarla keçirir. 

TV-də gördüklərimizdən və qulaqdan-qulağa eşitdiklərimizdən sonra inandırıcı səslənməsə də, Ümumdünya Səhiyyə Təşkilatı yuxarıdakı statistikanı təsdiqləyir və məhz bu faizdə insanların müalicəsiz sağaldığını bildirir. 

Koronavirusa yoluxanların 14 faizi xəstəliyi ağır keçirir, təxminən 5 faizi kritik vəziyyətdə olur. 

Həyatını itirənlər isə koronavirusa yoluxanların 2 faizidir. 

Səhər-səhər bütün evi sirkə ilə yuyan biri kimi deyə bilərəm ki, mənim üçün bütün mikrobların dərmanı sirkə və sarımsaqdır. Amma koronavirusla mübarizə dərmanlarla yanaşı həm də məlumatlı olmaqdır. 

Bir də unutmayaq, rus ata sözündə deyilmişkən, “Şeytan onun haqqında danışdıqları qədər qorxulu olmaya da bilər”. 

Kaş olmasın, kaş gəlməsin... Koronavirusla bağlı bütün qorxumuz Niquşun səsyazmaları olsun...

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.