MİDA məhkəməyə verildi

MİDA məhkəməyə verildi
19 Fev 2020 11:20


Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MİDA-ya qarşı iddia qaldırıb. Ərizədə MİDA-nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq, onlara ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilib.

Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi MİDA-ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.

Əcnəbi şirkətə izah edilib ki, qeyd edilən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.