Dünyada bir ölkə belə koronavirusdan kənarda qalmayacaq - Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq

Dünyada bir ölkə belə koronavirusdan kənarda qalmayacaq - Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq
18 Fev 2020 15:55

Dünya Səhiyyə Təşkilatı yeni adı SARS Cov 2 olan koronavirusla yoluxmanın dünyanın hər ölkəsində olacağını gözləyir və bəyan edib.

Realpress.az medicina.az-a istinadən bildirir ki, ÜST nümayəndəsi Deyl Fişer hesab edir ki, heç bir ölkə bu virusdan kənarda qalmayacaq.

Baxmayaraq ki, Çin höküməti infeksiyanın bu ilin aprelində tam nəzarətə götürüləcəyini və azalacağını bildirir, Fişer əmindir ki, digər dünya ölkələri üçün bu məsələ belə tez bitməyəcək.

 

ÜST-ün əvvəlki rəhbəri Tedros Adxan bildirib ki, epidemiya 1 ildən çox çəkəcək, ona qarşı peyvənd isə 1 il yarıma hazır olacaq.

Bu virus siyasi, iqtisadi və sosial çaxmaşma baxımından istənilən terror hadisəsindən daha təhlükəlidir.

Bu ən pis düşməndir.

Honkonqdan professor Qabriel Lyun isə bildirib ki, koromavirusla ümumu dünya əhalisinin 60%-i yoluxa bilər. Baxmayaraq ki, virusdan ölüm faizi 1-2%-dir, əgər 4 milyard insan infeksiyaya yoluxsa, bu 45 milyon insanın ölməsi deməkdir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.