Bakıda “Saxla” əmri verən polisi “məhəllə söhbətinə” çağırdılar - VİDEO

Bakıda “Saxla” əmri verən polisi “məhəllə söhbətinə” çağırdılar - VİDEO
27 Yan 2020 11:01


Sosial şəbəkələrdə Bakının Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb. 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev realpress.az-ın sorğusuna cavab olaraq bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər.

Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib.

Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib. O, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. 

O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər.

İlhamə Əbülfət

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.