ABŞ İranla bağlı sanksiyaları artırır

ABŞ İranla bağlı sanksiyaları artırır
24 Yan 2020 11:42


ABŞ İranla bağlı sanksiyaları artırıb.

Bu barədə Vestifinance.ru ABŞ Maliyyə Nazirliyinin (OFAC) mətbuat xidmətindən verilən məlumata əsasən xəbər yayıb.

Bildirilir ki, rəsmi Vaşinqton sanksiya siyahısına İran İslam Respublikası ilə əlaqəli iki şəxs və altı şirkəti də daxil edib.

Xüsusilə “Triliance Petrochemical” şirkəti ilə əlaqəsi olan İran vətəndaşı Əli Bayandoran, həmçinin, “Shandong Qiwangwa Petrochemical Co.” şirkəti ilə əlaqəli Çin vətəndaşı Çji Çinvanqa qarşı məhdudiyyətlər tətbiq edilib. Şirkətlər isə qara siyahıya salınıb.

“Beneathco DMCC” , “ОАЭ” və Çinə məxsus digər üç şirkət - “Jiaxiang Industry Hong Kong Limited”, “Peakview Industry Co. Limited”, “Sage Energy HK Limited” İrana məxsus nefti ixrac etdiklərinə görə fəaliyyətlərinə qadağa qoyulub.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.