“Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” — Namizədliyini geri götürən Mais Səfərli

“Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” — Namizədliyini geri götürən Mais Səfərli
24 Yan 2020 09:26

“Namizədliyimi geri götürməyimin əsas səbəbi gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə göstərməkdir”.

Realpress.az bildirir ki, bunu Modern.az-a açıqlamasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini geri götürən Milli Məclisin keçmiş deputatı, Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. O, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasına üstünlük verdiyini vurğulayıb:

“Hesab edirəm ki, Milli Məclisdə yaşlı insanlar da olmalıdır. Onların da təcrübəsinə, məsləhətlərinə böyük ehtiyac var. Amma bununla yanaşı, yeni baxışların, yeni fikirlərin parlamentə gətirilməsi prioritet olmalıdır. Ölkə başçısı da kadr siyasətində gənclərin bilik və təcrübələrinə üstünlük verir. Biz də bu kadr islahatlarını dəstəkləməliyik.

Gənclərin üstünlük təşkil etməsi Milli Məclisdə yaşlı deputatların olmaması anlamına gəlmir. Amma əvvəlki çağırış parlamentin özünü buraxmış yaşlı deputatlarının yenidən seçkilərə üz tutmasını məqbul hesab etmirəm. Baxmayaraq ki, mən özüm də o qədər yaşlı deyiləm. Amma düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim. Uzun illər Milli Məclisdə oturmuş, artıq pensiya yaşında olan deputatlar da, belə addımlar atsalar, daha məqsədəuyğun olar”.


26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”

“Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.