Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO

Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO
23 Yan 2020 15:38

Sosial şəbəkələrdə sürücünün kobud qayda pozuntusu kameraya çəkilib.  

Realpress.az xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. 

Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb.  

Rusiya Federasiyasında qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb. 

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.