Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi

Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
23 Yan 2020 13:33


Azərbaycanda qənd məhsullarına “Natrium disionid” adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub.

Report xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib.

Onun sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib:

“Həmin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib. Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın.

Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq”.

Realpress.az


8 May 2024
Cəmiyyət

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

8 May 2024
Cəmiyyət

Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

8 May 2024
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

8 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

8 May 2024
Cəmiyyət

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.