Azərbaycanda bu gün informasiya sistemlərində qısamüddətli fasilələr yarana bilər.
Realpress.az-ın xəbərinə görə, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, qurum qeyri-iş günlərindən istifadə etməklə informasiya sistemlərində bir sıra yenilənmələri və profilaktik test işlərini həyata keçirir.
Bununla bağlı yanvarın 7-də saat 02:00-05:00 radələrində qısamüddətli fasilələr yarana bilər.
Qeyd edək ki, Agentlik Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturuna daxildir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.