NATO-Rusiya qarşıdurması güclənir - Admiraldan XƏBƏRDARLIQ

NATO-Rusiya qarşıdurması güclənir - Admiraldan XƏBƏRDARLIQ
23 Dek 2019 09:41


NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərində həyata keçirdiyi uçuşların intensivliyi artıb.

Realpress.az xəbər verir ki, bunu Baltik Donanmasının komandiri, admiral Aleksandr Nosatov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın dəniz və quru sərhədləri boyunca müxtəlif siniflərə aid kəşfiyyat təyyarələrinin uçuşları çoxalıb.

Belə ki, onun sözlərinə görə, ötən il bu rəqəm 578 idisə, 2019-cu ildə 800-ə yüksəlib.

A.Nosatov qeyd edib ki, döyüş təyyarələrinin fəallığı isə iki dəfə artıb.

“Bu cür fəaliyyət Baltik Donanmasının dəniz pilotlarını gündə bir neçə dəfə uçmağa məcbur edir”, - deyən admiral əlavə edib ki, 2019-cu ildə NATO Rusiya sərhədləri yaxınlığında 300-ə yaxın hərbi təlim keçiriblər.

A.Nosatov onu da bildirib ki, NATO-nun istənilən hərbi fəaliyyəti Baltik Donanması tərəfindən izləniləcək.


9 Apr 2020
Hərbi

Elçin Quliyev təmas xəttinə yollandı

Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

9 Apr 2020
Hərbi

Xanlar Vəliyev yenidən hərbi prokuror oldu - ÖZƏL

Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

8 Apr 2020
Hərbi

Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.

6 Apr 2020
Hərbi

Dövlət Xidməti: “Çağırışçıların təyin olunduğu xidmət yerləri barədə məlumat veriləcək”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.

6 Apr 2020
Hərbi

Dağlıq Qarabağda erməni hərbçisi yaralandı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi yaralanıb.