Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - VİDEO

Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - VİDEO
07 Dek 2019 12:30

Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı bu ilin noyabrında tamam olub.

Realpress.az Real TV-yə istinadən xəbər verir ki, Qəmərxanım nənə şairin qız nəvəsidir. Daha doğrusu sağ qalan yeganə qızı Dostuxanımın.

O biri qızı Ruqiyyə Sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən Abbas Səhhət ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.

Bu gün Qəmərxanım nənə yeganə oğlu ilə kirayədə qalır.

Yox, bir vaxtlar evləri olub, sadəcə gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir.

Abbas Səhhət Vətən haqqında yazılan ən gözəl şerimizin müəllifidir. Vətən onun sevgili cananı, əcdadının mədhəni, övladının məskəni idi.

Vətən həm də hər bir övlad üçün isti ev, yuva deməkdir. 95 yaşlı Qəmərxanım nənə soyuq mənzilinə öz kiçik vətənindən - isti evindən köçmək istəyir.

Məncə böyük Abbas Səhhətin ruhunu sevindirəcək kiçik bir addım olardı.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.