Almaniyalı professor: Bu 4 amil damarları sıradan çıxardır

Almaniyalı professor: Bu 4 amil damarları sıradan çıxardır
02 Dek 2019 12:46

Damarlarımız çox vacib funksiyanı yerinə yetirir – oksigen və qidalı maddələri orqanizmin bütün hüceyrələrinə çatdırır. Bu səbəbdən damarlar açıq və elastikdirsə orqanlar yaxşı qidalanır.

Əks halda isə orqanlar onlara lazım olan oksigen və maddələri almır və bu da müxtəlif xəstəlik və pozulmaların inkişafına səbəb ola bilər.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Münxen Texniki Universitetinin professoru Martin Halle damarlara ən çox ziyan vuran amilləri sadalayıb.

 

Siqaret çəkmək

Nikotin damarı daraldır. Bunu hamı bilir. Lakin siqaretlərin damarlara digər daha da ciddi mənfi təsiri var. Siqaretlərin tərkibində olan ziyanlı maddələr damarların daxili qatını sanki əridir, “çapıq” və “dəlik”lərin əmələ gəlməsinə səbəb olur.

Yüksək şəkər

Qanda şəkərin daim yüksək səviyyədə olması damarları iltihablaşdırır, damarların daxili divarını ciddi zədələyir. İltihablaşmış damarlarda xolesterin daha tez yığılır ki, bu da arterosklerozun inkişafına və ya daha da artmasına səbəb olur.

Yüksək xolesterin

Xolesterinin damarlarda yığılması onları daraldır, zəif və kövrək edir. Belə damarların partlaması riski yüksək olur. Bu isə infarkt, insult və digər ağır pozulmalara səbəb ola bilər.

Yüksək təzyiq

Damarlar zədələnibsə təzyiqin yüksəlməsi çox təhlükəli olur. Zəif, kövrək damarlar qanın təzyiqinə tab gətirməyib asanlıqla partlaya bilər.

Damarları sağlam saxlamaq üçün nə etməliyik?

Professor daha çox tərəvəz və polidoymamış yağlı turşularla zəngin olan məhsulları (balıq, çərəzlər, soya) yeməyi, hər gün açıq havada gəzməyi, daim bədən çəkisini normada saxlamağı tövsiyə edir.  

Realpress.az


25 May 2020
Cəmiyyət

Dörd gün ərzində muzeylərə giriş ödənişsiz olacaq - VİDEO

May ayının 18-dən etibarən muzeylərin də fəaliyyəti bərpa olundu.

25 May 2020
Cəmiyyət

Azərbaycan könüllülərindən bayram sovqatı - FOTO

Bu gün, Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşəbbüsü ilə könüllülər paytaxt və regionlarda yaşayan 100-ə yaxın aztəminatlı ailə və tənha yaşayan ahıl vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırıblar.

25 May 2020
Cəmiyyət

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

Şamaxının icra başçısı Tahir Məmmədov özünün və icra hakimiyyəti əməkdaşlarının koronavirusla bağlı karantinə alınması barədə açıqlama verib.

25 May 2020
Cəmiyyət

Azərbaycanda icra başçısı koronavirusa görə karantinə alındı - RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşlarının karantinə alınması xəbərlərinə aydınlıq gətirib.

25 May 2020
Cəmiyyət

Azərbaycanda daha 134 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda 134 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.