ŞAD XƏBƏR! Azərbaycana yeni elektrik qatarları gətiriləcək - RƏSMİ

ŞAD XƏBƏR! Azərbaycana yeni elektrik qatarları gətiriləcək - RƏSMİ
25 Noy 2019 16:50

Bakı və Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarlarında yaranan sərnişin sıxlığı aradan qaldırılacaq. Bu məqsədlə Azərbaycana yeni elektrik qatarların gətirilməsi nəzərdə tutulub. 

BAKU.WS-in sorğusuna cavab verən “Azərbaycan Dəmir Yolları” QSC-dən açıqlanıb ki, yeni qatarlar dekabrın əvvəlində ölkəyə gətiriləcək:

"2 mərtəbəli, 4 vaqondan ibarət 2 yeni “Stadler” qatarı  dekabrın əvvəlində ölkəyə gətiriləcək. Bu qatarlar istifadəyə verildikdən sonra müəyyən istiqamətdə yaşanan sərnişin sıxlığının aradan qaldırılmasında  təsirli olacaq".

“Azərbaycan Dəmir Yolları” QSC həmçinin Bakı kəndlərinə (Maşata, Buzovna, Mərdəkan) yeni relslərin çəkilməsi məsələsinə də aydınlıq gətirib: "Bildiyiniz kimi, bu günlərdə Bakı dairəvi dəmir yolunun Sabunçu- Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı oldu. Hazırda Pirşağı-Fatmayi və Görədil-Novxanı-Sumqayıt istiqamətində tikinti- quraşdırma işləri davam etdirilir.

Qeyd edək ki, Zabratdan bir yol Pirşağı, o biri isə Maştağa istiqamətindədir. Dairəvi yolda işlər tamamilə yekunlaşdırıldıqdan sonra Maştağaya qədər uzanan 9 km-lik yolun da əsaslı yenidənqurulması nəzərdə tutulur. Buzovna və Mərdəkan istiqamətində isə dəmir yolu xətlərinin bərpası hələlik planda yoxdur".

Realpress.az

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.