Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib — FOTO

Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib — FOTO
18 Noy 2019 17:25

Bir neçə gündür ki, Azərbaycanda sürücülərə ştorka və jalüzdən istifadə üçün verilmiş mövsümlük icazə müddəti başa çatsa da, heç bir inzibati tənbeh görülmür.

Realpress.az xəbər verir ki, bu ildən etibarən bu qadağanın aradan qalxacağı, daha sürücülərin cərimə olunmayacağı deyilsə də, vətəndaşlar hələ də bu məsələyə şübhəli yanaşırlar.

Noyabrın 15-i gün sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun adından imzalanan sənəd də yayılıb. Sənəddə Ramiz Zeynalovun göstərişinə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülərin cərimələnməyəcəyi qeyd olunub.

BPYPİ-nin mətbuat katibi Rüfət Quliyev də məlumatı təsdiqləyib və bildirib ki, hazırda avtomobillərə jalüz və örtük (plyonka) vurulması standartları ilə bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsində olduğundan arxa, yan şüşələrdə jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.

Lakin hüquqşünaslar hazırkı qanunun qüvvədə olduğunu, qanunvericiliyə dəyişiklik edilənədək bu tələbin icra olunmalı olduğunu irəli sürürlər.

Hüquq-mühafizə orqanlarındakı mənbədən "Qafqazinfo"ya bildirilib ki, sürücülərdə bu məsələ ilə bağlı hər hansı şübhə yaranmasına əsas yoxdur: “Bu məsələ Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun nəzarətindədir. Bu istiqamətdə bütün addımlar onun tapşırığı ilə həyata keçirilir. Nazir Vilayət Eyvazovun sürücülərin, vətəndaşların ziyanına ola biləcək hər hansı qərar verməyəcəyinə əmin ola bilərsiniz”.



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.