Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daha bir neçə proses bu gün başa çatır.
Realpress.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məntəqə seçki komissiyaları tərəfindən məlumat lövhələrində yerləşdirilməsi müddəti səsvermə gününə azı 35 gün qalanadək, yəni 2019-cu il noyabrın 18-dək başa çatır.
Bundan əlavə, seçki bülletenlərinin hazırlanması qaydasının, mətninin, formasının, sayının hazırlanmasına aid tələblərin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməsi səsvermə gününə azı 35 gün qalanadək, 2019-cu il noyabrın 18-dək başa çatır.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.
“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.
“Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır.