Bakı-Sumqayıt qatarı ilə bağlı ŞAD XƏBƏR - Prezidentlə görüşdə açıqlandı - VİDEO

Bakı-Sumqayıt qatarı ilə bağlı ŞAD XƏBƏR - Prezidentlə görüşdə açıqlandı - VİDEO
13 Noy 2019 17:26

Bakı-Sumqayıt qatarının sürəti saatda 140 km olacaq. 

Realpress.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident İlham Əliyevin qəbulunda olarkən deyib.  

Qəbul zamanı dövlət başçısı ilə “Azərbaycan Dəmir Yolları” sədrinin dialoqunu təqdim edirik: 

Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

Prezident İlham ƏLİYEV: 12 min?

Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.

Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.

Cavid QURBANOV: Bəli, hamısı işləyir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.