Azərbaycan Çində ticarət evinin yaradılması barədə razılıq əldə edib.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, razılaşma ikinci Çin beynəlxalq idxal sərgisi zamanı əldə olunub.
Sərgi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəliyi ilə Veynan iqtisadi və texnoloji inkişaf zonası və "Xian Camel Guest e-Commerce Co.Ltd" şirkəti arasında Şensi əyalətinin Veynan şəhərində ticarət evinin yaradılması barədə əməkdaşlıq müqaviləsi imzalanıb.
Bundan başqa, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Çinin Ticarət Nazirliyi nəzdində Ticarətin İnkişafı Bürosu və Şanxayın Xarici İnvestisiyaların İnkişaf Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Sərgi zamanı 26 Azərbaycan şirkətinin məhsulları təqdim olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.