Lukaşenko “dözmək” qərarına gəldi: Avropaya “yox” dedi

Lukaşenko “dözmək” qərarına gəldi: Avropaya “yox” dedi
13 Noy 2019 12:42


Minsk Avropa Şurasına üzvlüklə bağlı gözləməyə hazırdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Avstriya prezidenti Aleksander Van der Bellen ilə görüşdən sonra bildirib.

“Avropa Şurasına və üzvlüyümüzə gəldikdə isə, sağ olun, yox - dözərik”, - deyə Lukaşenko jurnalistlərə deyib.

Bundan əvvəl der Bellen xatırlatmışdı ki, Belarusda ölüm cəzasının qanuniləşdirilməsi respublikaya Avropa Şurasının tam hüquqlu üzvü olmağa imkan vermir.

Bir müddət əvvəl Lukaşenko bildirmişdi ki, ölkədə ölüm hökmünün ləğvi yalnız referendumun nəticələrinə görə mümkündür. Bununla yanaşı, onun sözlərinə görə, bu məsələni ümumi səsverməyə çıxarmaq üçün cəmiyyətdə əhval-ruhiyyə dəyişməyib.

Belarus ölüm cəzasının ləğv edilmədiyi yeganə Avropa və MDB ölkəsidir. Respublika Cinayət Məcəlləsinə uyğun olaraq, ölüm hökmü  kütləvi qırğın silahlarının tətbiqi, müharibə, soyqırım, beynəlxalq terrorizm, qətl, hakimiyyətin ələ keçirilməsi, terror aktı, hüquq-mühafizə orqanlarının əməkdaşının öldürülməsi və dövlət xəyanəti olmaqla, xüsusi ağır cinayətlərə  görə verilə bilər. Cəza yalnız 18-65 yaş arası kişilərə təyin edilə və güllələmə yolu ilə həyata keçirilə bilər.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.