Sevgisizliyin qisasını azyaşlılardan aldı: 51 uşağı yandırdı

Sevgisizliyin qisasını azyaşlılardan aldı: 51 uşağı yandırdı
12 Noy 2019 16:00


Çinin Kayuan əyalətində 23 yaşlı Kun adlı bir nəfər 51-i azyaşlı, üçü böyük olmaqla, 54 nəfəri kimyəvi maddə ilə yandırıb.

Polisin verdiyi məlumata görə, bir nəfər uşaq bağçasının qapısını sındıraraq həyətinə girib və əlində gətirdiyi yandırıcı təsiri olan kaostik soda məhlulunu azyaşlıların və tərbiyəçilərin üstünə töküb.

Nəticədə, 51-i azyaşlı olmaqla, 54 nəfər yanıq xəsarəti alıb.

Onların vəziyyətlərinin təhlükəli olmadığı bildirilir.

Kun insanlara nifrət etdiyi üçün belə bir hərəkət etdiyini deyib.

Buna səbəb kimi, uşaq yaşlarından anasının ona qayğı göstərməməsini, kasıblıq və işsizliyi  göstərib.

7 May 2024
Dünya

Kuba Prezidenti Rusiyada səfərdədir

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Rusiyada səfərdədir.

7 May 2024
Dünya

Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM

Rusiyada 2024-cü ilin martında dövlət başçısı seçilən Vladimir Putin beşinci dəfə Rusiya prezidenti oldu.

7 May 2024
Dünya

Günün rəsmi məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.