Azərbaycanda ev partladı — yaralılar var - VİDEO

Azərbaycanda ev partladı — yaralılar var - VİDEO
08 Noy 2019 09:44

Zərdab rayonunda evdə partlayış baş verib. Nəticədə iki nəfər xəsarət alıb.

Realpress.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Siləyli kəndində qeydə alınıb.

Partlayış kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz sızması nəticəsində baş verib.

Partlayış nəticəsində evin mətbəxi tamamilə dağılıb, ev sahibi İlham Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri alıb. Onlar dərhal qonşuların və yaxınlarının köməkliyi ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.