APOEL - "Qarabağ" oyununun nəticəsi necə olacaq? — Futbol adamlarının PROQNOZU

APOEL - "Qarabağ" oyununun nəticəsi necə olacaq? — Futbol adamlarının PROQNOZU
07 Noy 2019 17:25

Bu gün saat 21 :55-də Avroliqanın dördüncü turu çərçivəsində Kiprdə APOEL klubu öz meydanında “Qarabağ”la qarşılaşacaq.

Realpress.az olaraq oyunun gedişatı haqqında proqnozları idman ekspertlərindən öyrənməyə çalışdıq. Onlar oyunun hansı hesabla bitəcəyini təxmin edirlər?

"Qəbələ" klubunun keçmiş meneceri, futbol eksperti Səbuhi Səfiyarlı:

“Əslində, öz meydançasında “Qarabağ”dan qələbə gözləyirdik. Çünki, doğma meydançada qalib olmaq daha asan olur. Fikrimcə, “Qarabağ” maksimum çalışmalıdır ki, rəqib komandanı özündən irəli buraxmasın. Hazırda əsas məqsəd səfərdə məğlub olmamaqdır. Ən azından komandamız çalışmalıdır ki, oyunu heç-heçəylə bitirsin. İnanıram ki, “Qarabağ”ın buna gücü çatar. Çünki APOEL komandamızdan elə də üstün komanda deyil. Sadəcə motivasiya və konsentrasiya lazımi səviyyədə olmalıdır". 

İdman şərhçisi, “CBC Sport” telekanalının əməkdaşı Elnur Məmmədli:

“Açığı mən hesab təxminlərini meyxanaçı Vüqar kimi dəqiq deyə bilməyəcəyəm, lakin öz təxminimi deyə bilərəm. Düşünürəm ki, “Qarabağ”ın oyunu  heç-heçə bitirməsi bizi qane edir. Çünki, turnir cədvəli nöqteyi-nəzərindən Qarabağ 1 xal qazansa, bu, ona sərf edəcək. Hazırda komandamız qrup sıralamasında ikinci yerdədi və böyük ehtimalla bu gün “Sevilya” “Düdelanj"ı  məğlub edəcək. Buna görə də Qarabağ heç-heçəyə nail olsa, komandamız turnir cədvəlində ikinci pilləni özündə saxlayacaq. Əslində, bu gün Qarabağ 1 xal qazansa, növbəti mərhələyə addımlayacaq. Düzü, düşünürəm ki, oyun heç də asan olmayacaq. Tomas Tol APOEL-in baş məşqçisi olduqdan sonra “Qarabağ”la oynadı. Komandamız hələ ki, rəqib komandanı məğlub edə bilməyib. Yenə də mənə elə gəlir ki, "Qarabağ" istədiyini əldə edə biləcək, yəni heç-heçəyə nail olacaq. İnanmıram ki, səfərdə “Qarabağ” “APOEL  üzərində qələbə qazansın. Əslində, bu heç-heçə komandamız üçün qələbə deməkdir". 

"İdman  Azərbaycan" telekanalının şərhçisi İsmayıl Abdullayev:

"Mənim fikrimcə, oyun heç-heçə yekunlaşacaq. Düşünürəm ki, elə bu nəticə “Qarabağ”a sərf edir.  Çünki, elə bu səfərdə APOEL-ə  məğlub olmasa, komanda böyük imkanlarını qoruyub saxlayacaq. Bunun üçündə "Qarabağ"dan APOEL-ə uduzmamaq tələb olunur. İstəyərdim ki, "Qarabağ" qalib olsun, lakin APOEL-in öz meydanında necə oynadığı hər kəsə məlumdur. Rəqib komanda da çox iddialıdır. Yenə də heç-heçə nəticə "Qarabağ" üçün münasib olacaq. Axşamkı oyunda nəticə ilə bağlı təxminim 1: 1-dir".


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.