Çinin Uxan şəhərində Hərbçilərin VII Dünya Oyunları start götürüb.
Realpress.az Trend-ə istinadən bildirir ki, 109 ölkədən 9300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb. Oktyabrın 21-dən 24-dək güləşin hər növündə 4 olimpiya çəkisi üzrə mübarizə baş tutacaq. Nəhəng yarışda ölkəmizi sərbəst güləşdə Mahir Əmiraslanovla (57 kq) Ağahüseyn Mustafayev (74 kq), yunan-Roma güləşində Murad Bazarov (60 kq), Mikayıl Rəhmanov (67 kq), Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq), qadın güləşində isə Tatyana Varansova (53 kq) təmsil edəcək.
Onlar yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq.
Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasilyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) olublar.
“Formula-1” Azərbaycan Qran Prisinin keçirilməsi 6 iyun tarixində nəzərdə tutulur.
Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə 47-ci Qran Pri yarışında iştirak edəcək millimizin heyəti müəyyənləşib.