Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO
14 Okt 2019 14:30


Vasim Məmmədəliyev Azərbaycan elminə dünya şöhrəti qazandırıb.

realpress.az xəbər verir ki, bunu akademikin vida mərasiminə qatılan millət vəkili Nizami Cəfərov deyib:

“Vasim Məmmədəliyev ərəb dilçiliyini ümumiləşdirən ziyalılardan olub. O, klassik ədəbiyyatı mükəmməl bilməklə yanaşı, ərəbcəni, türkcəni, farscanı gözəl bilirdi. Allah çox gözəl istedad nəsib edib. 

O, həm də çox yaxşı dost idi. Bu gün hər kəs onu yad edir. Şərqşünaslar üçün çox ağır itkidir.  Heç kim Vasim Məmmədəliyevi unutmayacaq”.

13:55

Bu gün BDU-da akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

realpress.az xəbər verir ki, akademik Vasim Məmmədəliyevlə vida mərasiminə dövlət və ictimai xadimlər, universitetin müəllim kollektivi, millət vəkilləri qatılıb. 

Vida mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Vasim Məmmədəliyev kimi şəxsiyyətin ölümünün Azərbaycan üçün ağır itki olduğunu bildirib. 

Q.Paşayeva Vasim Məmmədəliyevlə bağlı xatirələrini bölüşüb:

“O, akademiyanın ən önəmli şəxsiyyətlərdən biri idi. Hər zaman müsbət enerjisi iıə seçilən Vasim Məmmədəliyevin yoxluğuna inanmaq hər kəs üçün ağırdır. Mən bunu ölkəmiz üçün ağır itki adlandırıram. 

Mən heç vaxt onu üzgün, pessimist görməmişdim. Onun simasında biz böyük bir ziyalımızı itirdik. O, minlərlə gənc insanın yetişməsində misilsiz xidmətlər göstərib. Ailə yaxınlarına səbr diləyirəm”.

Vida mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev isə deyib ki, Vasim müəllim heç vaxt unudulmayacaq. 

O bildirib ki, V.Məmmədəliyev şərqşünaslıq sahəsində olduqca böyük uğurlar qazanıb:

“Biz Vasim Məmmədəliyevi dünən gecə itirdik. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində danışan insan olub. Məhz buna görədir ki, bu gün onunla vidalaşmağa gələn hər kəsin gözündə dərin kədər görünür. 

O, rəhbərlik etdiyi kollektivdə sevilən, seçilən nadir, saf insanlardan idi. Biz onu daim xatırlayacağıq. Allah rəhmət eləsin”.

Mərhum akademik vida mərasimindən sonra ikinci Fəxri Xiyabanda dəfn olunacaq.



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.