Stadionumuz MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb - Azarkeş tutumuna görə

Stadionumuz MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb - Azarkeş tutumuna görə
10 Okt 2019 17:30

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TurStat" portalının statistikasında deyilir.

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının matçlarını qəbul edəcək Bakı Olimpiya Stadionu 69 min azarkeş tutumuna malikdir.

Siyahıda birinci yerdə Moskvanın "Lujniki" (81 min), ikinci yerdə Kiyevin "Olimpiya" stadionu (70 min) qərarlaşıb.

İlk beşlikdə, həmçinin Sankt-Peterburqun "Qazprom Arena" (68 min) və Tbilisinin Boris Payçadze adına stadionu (55 min) yer alıb.

15 min azarkeş tutan "Bakcell Arena" da ilk 15-likdə yer alıb.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.