IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək

IFC Azərbaycanda yeni aqromaliyyələşdirmə platforması təqdim edəcək
10 Okt 2019 09:11

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək.

Realpress.az Trend-ə istinadən bildirir ki, bunu IFC-nin baş mütəxəssisi Leyla Hüseynli deyib.

O bildirib ki, CLARA (Pul kütləsi əsasında aqro-müştərilərin kreditqabiliyyətliliyinin təhlili aləti) platforması 40 məhsulu əhatə edir. Bu məhsullardan hər biri Azərbaycan reallıqlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə müəyyən mexanizm təklif edir.

CLARA kənd təsərrüfatında istehsalat risklərinin sürətli və səmərəli qiymətləndirilməsi üçün nəzərdə tutulmuş internet xidmətidir. Xidmət fermer təsərrüfatları üçün texnologiya kartları əsasında proqnoz hesablaşmaları həyata keçirməyə kömək edir. Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üzrə zəruri məlumatlar və təlimatlar ehtiva edən texnologiya kartları xidmətin məlumat bazasında saxlanacaq.


13 Avq 2020
İqtisadiyyat

Neftin qiyməti yenidən ucuzlaşdı

London birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,32 dollar təşkil edir.

13 Avq 2020
İqtisadiyyat

Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 13 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

12 Avq 2020
İqtisadiyyat

Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb - RƏQƏMLƏR

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

12 Avq 2020
İqtisadiyyat

Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 12 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

12 Avq 2020
İqtisadiyyat

Qaz ucuzlaşdı, neft bahalaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.