ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin "Greencard" viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.
Realpress.az xəbər verir ki, səfirlik bildirib ki, "Greencard" ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.
"Bu cür saxta elektron poçt və məktubların müəllifləri "Greencard" proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər", - səfirliyin müraciətində qeyd olunub.
Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları "Greencard" proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər. Səfirlik bəyan edib ki, bu təşkilatlar yalnız öz maraqlarını güdür:
"ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir".
ABŞ səfriliyi vurğulayıb ki, "Greencard" qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.