Yarım milyarda satın aldığımız can: bircə qərar hər şeyi dəyişə bilər

Yarım milyarda satın aldığımız can: bircə qərar hər şeyi dəyişə bilər
07 Okt 2019 20:11

Rəsmi məlumatlara əsasən, Azərbaycanda il ərzində təxminən 400-500 milyon manat dəyərində dərman məhsulları istehlak olunur. Qeyri-rəsmi məlumatlara görə isə ölkəyə gətirilən dərmanın dəyəri 1,5 milyard manata çatır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Milli Məclisin deputatı tibb sahəsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin Səhiyyə komitəsinin iclasında çıxış edən deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov bu məsələyə baxılacağına ümid etdiyini deyib.

Alimlərdən xəbərdarlıq: qənaət etməklə xəstələnə bilərsiniz>>

Ekspertlər deputatın tibb sahəsinin ƏDV-dən azad edilməsi təklifinə münasibət bildiriblər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasıda tibb sahəsinin ƏDV-dən azad edilməsinə ehtiyacın olduğunu deyib:

"Azərbaycanda tibb xidmətləri 2 istiqamətdən (dövlət və qeyri-dövlət sektoru) təklif olunur. Birinci istiqamət müəyyən qədər dövlət tərəfindən maliyyələşdirilir. Qeyri-dövlət sektorunda isə xidmətin keyfiyyəti nisbətən daha yüksəkdir, amma qiymətlər vətəndaşlar üçün əlçatan deyil. Ona görə də vətəndaşların bir qismi xaricə üz tutur. Bəzilərini isə İran və bu kimi ölkələrdə tibb xidmətlərinin daha aşağı qiymət ilə təklif olunması cəlb edir. Bu da nəticədə ölkədən valyuta axınına gətirib çıxardır, eyni zamanda, səhiyyə xidmətlərinin əlçatanlığını aşağı salır".

"Tibb sahəsi ƏDV-dən azad edilərsə, bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxarda bilər. Bu isə öz növbəsində xüsusilə də qeyri-dövlət sektorunda səhiyyə xidmətlərinin keyfiyyətinin daha da artmasına, bu sahəyə investisiya qoyuluşlarının artmasına, qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, sağlamlıq ölkə üçün strateji istiqamətdir. Dövlət bütün alətlərdən istifadə edərək bu sahədə keyfiyyətin artmasına, əlçatanlığın təmin edilməsinə şərait yaratmalıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, burada dərman məhsulları ilə bağlı da qərarın qəbul edilməsinə zərurət var: "Çünki rəsmi məlumatlara əsasən, Azərbaycanda il ərzində təxminən 400-500 milyon manat dəyərində dərman məhsulları istehlak olunur. Qeyri-rəsmi məlumatlara görə isə ölkəyə gətirilən dərmanın dəyəri 1,5 milyard manata çatır. Biz idxaldan əhəmiyyətli səviyyədə asılıyıq. Bu isə Azərbaycanda dərman bazarının xaricdəki vəziyyətə həssas olmasına gətirib çıxardır. Eyni zamanda idxalda ƏDV-nin olması və s. nəticədə məhsulların daha baha qiymətə təklif olunmasına gətirib çıxarır".

"Tibb sahəsi ƏDV-dən azad edilərsə, bu, hər iki istiqaməti əhatə etməlidir. Çünki nəzərə almaq lazımdır ki, dərmanı istehlak edən tərəflərdən biri də məhz tibb müəssisələridir", - deyə ekspert qeyd edib.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a açıqlamasında deputatın təklifini müsbət qiymətləndirib: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tavan qiyməti müəyyən edilib və bundan yüksək satıla bilməz. Digər tərəfdən, ƏDV olan zaman dərmanın qiyməti bahalaşır və xaricdən gətirmək sərf etmir. Dərman bazarında qıtlığın qabağını almaq üçün bu təklif irəli sürülüb. Ümumiyyətlə, çətin tapılan dərmanlarda, ağır xəstəliklərdə istifadə olunan dərmanlarda bu məsələ diqqətə alınmalıdır".


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.