“OnePlus” şirkəti maraqlı reklam kampaniyasına başlayıb

“OnePlus” şirkəti maraqlı reklam kampaniyasına başlayıb
04 Okt 2019 12:19

"OnePlus" şirkəti Londonda məhsulların reklamı məqsədilə faydalı kampaniyaya start verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, "Warp Charge SOS" adlı proqramın mahiyyəti ondan ibarətdir ki, smartfonunun enerjisi tükənən bütün şəhər sakinləri "OnePlus UK" şirkətinə olduğu yerin koordinatlarını göstərməklə "#WarpChargeSOS" heşteqindən istifadə edərək mesaj yaza bilər. Bundan sonra smartfonu istənilən yerdə enerji ilə doldurmağa kömək edən "xilasedici briqada" onun yanına gələcək. Bildirişləri "Twitter" və ya şirkətin xüsusi "Facebook" səhifəsinə göndərmək mümkündür.  
 
"Xilasedici briqada" çağırılmış yerə böyük akkumulyator və bir neçə "USB" çıxışı ilə təchiz edilən yanğınsöndürən maşınla gəlir.
 
Məlumata görə, "Warp Charge SOS" reklam aksiyası bir neçə şəhərdə, o cümlədən Amsterdam, Utrext və Helsinkidə keçiriləcək. Aksiya iştirakçılarından xidmətdən istifadə etmək üçün "OnePlus" istifadəçisi olmaq tələb olunmur.
 
Aksiya vasitəsilə "OnePlus" şirkəti "OnePlus 7T" smartfon modelini və 30 vatt gücündə "Warp Charge" sürətli enerjidoldurma texnologiyasını reklam edir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.