Xiaomi şirkəti Mi Mix Alpha'nın satışını təxirə saldı

Xiaomi şirkəti Mi Mix Alpha'nın satışını təxirə saldı
03 Okt 2019 08:58

Xiaomi Mi Mix Alpha konseptual smartfonun təqdimatından sonra internetdə bu smartfonun satış tarixi barısində çoxlu sayda məlumat ortaya çıxmışdı. Lakin şirkət özü smartfonun rəsmi satış tarixi barəsində məlumat verməmişdi. Bu məsələni şirkətin top menecerlərindən biri aydınlaşdırıb. Bu barədə Gizchina saytı xəbər verib. Xiaomi şirkətinin brend meceneri Edward Bishop-un sözlərinə əsasən Mi Mix Alpha bu il satışa çıxamayacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu ay Xiaomi CC seriyasının yeni smartfon modelləri təqdim olunacaq. Mi Mix Alpha-nın satışa çıxmasını isə 2020-ci ildən tez gözləmək lazım deyil. Hələ bir neçə müddət bundan öncə şirkət rəhbəri bildirmişdi ki, Mi Mix Alpha-nın istehsalat prosesi çox qəlizdir. Heç istisna deyil ki, məhz bu səbəbdən şirkət smartfonun satış tarixini gələn ilə keçirdib. Qeyd etmək lazımdır ki, şirkət bu smartfon üzərində 2 il çalışıb və onun hazırlanmasına 70 milyon dollar vəsait xərcləyib.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.