Rusiya Suriyada “S-500” hava hücumundan müdafiə sisteminin ən vacib elementlərini sınaqdan keçirib.
realpress.az-ın xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, sınaq zamanı mütəxəssislər avadanlıqların işində müəyyən problemlər aşkarlasalar da, qüsurlar tez bir zamanda aradan qaldırılıb.
Sınaqların uğurla başa çatdığı bildirilir.
Qeyd edək ki, “S-500” raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri, aşağı orbitdə uçan peykləri vura bilmək qabiliyyətinə malikdir.
“S-500” saniyədə yeddi kilometrə qədər sürətlə uçan 10 ballistik hədəfi aşkarlaya və eyni anda vura bilər. Hipersonik raketlərin döyüş başlıqlarını vurmaq gücünə də malikdir.
Bu silahın dünyada analoqunun olmadığı bildirilir.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.