Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR
28 Sent 2019 12:04


Baş nazir Novruz Məmmədov ədliyyə orqanları işçilərinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi barədə qərar imzalayıb.

realpress.az-ın məlumatına görə, qərarda göstərilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənsin.

Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Bildirək ki, qərar Prezidentin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

Xatırladaq ki, bu ilin iyun ayının 18-də Prezident  İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.


18 İyun 2021
İqtisadiyyat

Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,70% azalaraq 1 barelə görə 72,57 dollar təşkil edib.

18 İyun 2021
İqtisadiyyat

İyunun 18-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 18 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

17 İyun 2021
İqtisadiyyat

Dünya bazarlarında təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.