Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO
20 Sent 2019 10:55

Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydaları kobud şəkildə pozan piyada həbs edilib.

Realpress.az avtosfer.az-a istinadən xəbər verir ki, yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan 1991-ci il təvəllüdlü Orxan Məmmədli qadağan olunmuş yerdən yolu keçərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.

Yol polisi ilə mübahisə edərək əl-qol hərəkətləri edən Orxan Məmmədli qarşı tərəfə keçən zaman digər YPX əməkdaşı tərəfindən saxlanılıb. Burada da tabesizlik göstərən vətəndaş polislə mübahisə edib. Nəticədə saxlanılan şəxs barəsində toplanmış materiallar Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o, 30 gün müddətində inzibati qaydada həbs edilib. Videonu təqdim edirik:



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.