Hollandiyalı futbolçu Kelvin Maynard qətlə yetirilib.
Realpress.az publika.az-a istinadən xəbər verir ki, futbolçu ötən gün Amsterdamda güllələnərək öldürülüb.
Təcili tibbi yardım onun köməyinə çatsa da, futbolçu xilas ola bilməyib.
Hollandiya polisi təhlükəsizlik kameralarına düşən iki şübhəlinin saxlanılması üçün axtarışlara başlayıb.
Karyerasında İngiltərənin "Burton Albion" və Belçikanın "Royal Antwerp" kimi komandalarında çıxış edən 32 yaşlı atlet hazırda Hollandiyanın 5-ci liqasındakı "Alphense Boys" komandasında çıxış edirmiş.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.