Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək
19 Sent 2019 15:14

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

Realpress.az Trend-ə istinadən bildirir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov "Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə" həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin may ayından nazirliyin müvafiq əmrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən toxumçuluq təsərrüfatlarında (buğda və arpa) yoluxması, alaqlanma dərəcəsi və s.) nəticələri yekunlaşmış, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələri çıxdaş edilmişdir. Hal-hazırda toxumların səpin keyfiyyəti üzrə analizlər 12 regional toxum sertifikatlaşdırma mərkəzlərində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) və eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində həyata keçirilir:

"Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir. Fermerlər sertifikatlı toxumu əldə etmək üçün AXA-nın www.axa.gov.az saytından toxum-satış bölməsindən ətraflı məlumat əldə edə bilərlər".

Bildirilib ki, yaxın zamanlarda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir.

Qeyd edilib ki, 11 ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş regional aqrokimya laboratoriyaları (Abşeron, Quba, Bərdə, Göygöl, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Sabirabad) aqrar sahənin inkişafı üçün çox böyük önəm daşımaqla, fermerlərə torpağın məhsuldarlıq, fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini göstərir. Fermerlər əkindən öncə torpaqlarını analiz etdirib, qida maddələrinə olan tələbatının müəyyənləşdirilməsi vacib şərtdir. Aparılan analizlər ödənişlidir, ərazinin relyefi nəzərə alınmaqla 1 ha-dan 1 nümunə götürülür, hər parametr üzrə qiymətlər mövcuddur. Tam paket analizi 65 manat təşkil edir.


4 Dek 2020
İqtisadiyyat

Bakı-Moskva marşrutu üzrə üç çarter reysi həyata keçiriləcək

“Ural Hava Yolları” Rusiya Federasiyası vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək.

4 Dek 2020
İqtisadiyyat

Belarusun Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatdı

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

4 Dek 2020
İqtisadiyyat

Müflis elan edilmiş sığorta şirkəti üzrə zərər çəkmiş şəxslərə kompensasiya ödənişi edilib

Müflis elan edilmiş “Standart Insurance” sığorta şirkəti üzrə 3 min 400 zərərçəkənə kompensasiya ödənişi həyata keçirilib.

4 Dek 2020
İqtisadiyyat

Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi

Danimarka hökuməti və ölkə parlamenti 2050-ci ilədək Şimal dənizində neft-qaz hasilatının və kəşfiyyatının tamamilə dayandırılması barədə razılığa gəlib.

4 Dek 2020
İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yüklər Çinə yola düşdü

Bu gün Türkiyədən Çinə ilk ixrac məqsədli qatar İstanbuldan yola düşüb.