Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.
Realpress.az xəbər verir ki, Avroliqada Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ilk oyunda İspaniyanın “Sevilya” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.
Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Ağdam klubunun son məlumatına görə, qarşılaşmaya ayrılmış, demək olar ki, bütün biletlər satılıb.
Qrupun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı qəbul edəcək.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.