Elinanın intiharı ilə bağlı direktordan ŞOK sözlər: "Xoşqədəmin sensasiya arzusu idi" - VİDEO

Elinanın intiharı ilə bağlı direktordan ŞOK sözlər: "Xoşqədəmin sensasiya arzusu idi" - VİDEO
18 Sent 2019 15:49

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.

Realpress.az APA-ya istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəməyə Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ifadə verib və daha sonra məhkəməni tərk edib.

Keçmiş direktoru Sevinc Abbasova daha sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, təcili yardım 84 dəqiqə gec çağırılıb:

"Elina Hacıyeva məsələsi adi məsələ deyildi. Psixatrop maddənin təsiri altında intihar hadisəsi halı olduğu üçün polislər müəyyən araşdırmalar apardı. Sonra biz onu yola salanda uşaq salamat idi. Xəstəxanaya da yanına getmişəm. Məni reanimasiyaya buraxmadılar. Uşaq tək olduğu üçün onu xəstəxanada qoyub gecə bilmədim.

Uşaqla da çox mehriban söhbətimiz olub. Eliniçka məni görən kimi tez qaça-qaça gəlib salamlaşırdı. "İnşallah sağ qalmaz" ifadəsi ilə bağlı 20-yə yaxın adam Prokurorluğa çağırılıdı. Onların səs analizlərini götürdülər. Müasir texnologiyalar vasitəsi ilə səsyazısını yoxladılar və məlum oldu ki, o, Xoşqədəm xanımın sensasiya yaratmaq arzusudur. Oradaki səs Xalidə Bayramovaya məxsusdur".

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.


26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.