Xanım sürücü avtomobili “şahə” qaldırdı - VİDEO

Xanım sürücü avtomobili “şahə” qaldırdı - VİDEO
18 Sent 2019 10:49

Çində minik avtomobili qəza törədərək dik durub.

Realpress.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Hangzhou şəhərində yerləşən avtomagistralların birində, arxadan gələn başqa bir avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda avtobanda hərəkət edən bir maşının istiqamət bildirici və xəbərdarlıq edici dirəyə çırpıldığını, bundan sonra da dirəyə söykənərək dik dayandığı görülür.

Yerli mediada dik duran nəqliyyat vasitəsində qadın sürücü ilə bərabər daha 2 sərnişinin olduğunu, onlardan yalnız sürücünün xəsarət aldığı qeyd edilib.

Aparılan müayinə zamanı qadın sürücünün alkoqol, ya da hər hansı bir narkotik maddənin təsiri altında olmadığı müəyyən olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.