Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
17 Sent 2019 11:47

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".

Realpress.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "bir manatlıq taksi" adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək:

"Sürücülər "çörək pulu" qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır.

Bəzən "1 manatlıq" taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var".


4 İyun 2020
İqtisadiyyat

Real arzular və ya “Ağıllı” Bakı – gələcəyin şəhəri

Deyək ki, 2050-ci ildə Azərbaycanın necə olacağını düşünmüsünüzmü? Təsadüfən bu tarixi seçmədik, çünki Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişinə əsasən və Aİ-nin texniki yardımı ilə Nazirlər Kabinetində ölkəmizin 2050-ci ilə qədər İnkişaf Strategiyası üzərində iş aparılır.

4 İyun 2020
İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

3 İyun 2020
İqtisadiyyat

İyunun 4-də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

3 İyun 2020
İqtisadiyyat

Neftin qiyməti 40 dolları keçdi

Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.

3 İyun 2020
İqtisadiyyat

Neft sektorunda artım tempi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadi artımın sürətlənməsində aparıcı rol qeyri-neft sektoruna məxsus olub.