Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.
Realpress.az publika.az-a istinadən xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Soltan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub.
1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.
“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.
“Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır.