Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
13 Sent 2019 13:03

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.

Realpress.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır: "Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən, 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.