Mərhum pilotumuzla bağlı yeni xəbər yayıldı - İfşa edin...

Mərhum pilotumuzla bağlı yeni xəbər yayıldı - İfşa edin...
13 Sent 2019 11:45

İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.

Realpress.az “teleqraf”a istinadən xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kimlərinsə insanların Rəşada sevgisindən istifadə etmək istədiyini qeyd edib.

"Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanımın adından profil açıb, Rəşadın adından istifadə edərək pul toplayır.

Dostlar, sizdən xahişim budur, hər kəs bilsin ki, Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın.

Bu insanı da axtarıb taparıq, inşallah. İnsanlar bilsin ki, kimsə Rəşadın üzərindən ailəsi adından pul yığır. Aldığım məlumat belədir".

Nicat Atakişiyev qardaşının xanımının da müraciətini sosial mediada paylaşıb:

"Könül xanımın adından sosial şəbəkələrdə "Rəşad Atakişiyev" adı ilə səhifələr yaradılıb.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Könül xanım heç bir sosial şəbəkədən istifadə etmir və heç bir digər adlarla səhifələr yaratmayıb. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, o saxta adlı insanları ifşa edin".

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".